• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəkidə yanğın baş verdi

CƏMİYYƏT

01 Fevral 2026 | 09:10 | Müəllif: Zeynəb Rzayeva

Şəkidə yanğın baş verdi

Şəkidə yanğın olub.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, hadisə Səhiyyə Nazirliyinin balansında olan və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində baş verib. Dispanserin yardımçı tikilisində baş verən yanğın zamanı daxildə olan məişət tullantıları yanıb. Yanğınsındürənlərin səyi nəticəsində alovun genişlənərək yaxınlıqdakı tikililərə keçəməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı müvafiq orqan tərəfindən araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026