"Ukrayna Silahlı Qüvvələrinin bərpası üçün 100 "Rafale" qırıcısının çatdırılması zəruridir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
"Fransa 100 ədəd "Rafale" qırıcısını tam sursatla təmin edəcək. Bu, Ukrayna ordusunun regenerasiyası üçün lazımdır", - Makron Parisdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
Makronun sözlərinə görə, Fransa Ukraynanı yeni nəsil hava hücumundan müdafiə sistemləri və digər silahlarla da təmin edəcək.
“Bu razılaşma ilə biz Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsini dəstəkləməyə davam edirik”, - Makron qeyd edib.
Zeynəb Rzayeva
Bakı 



