• Bakı C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

“E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə verilməsi nəzərdə tutulur

    CƏMİYYƏT

    17 Noyabr 2025 | 16:09

    “E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə verilməsi nəzərdə tutulur

    Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən süni intellekt əsaslı “E-qanun.ai” platformasının istifadəçiləri platforma tərəfindən onlara təqdim edilmiş cavabı qiymətləndirmək və rəy bildirmək imkanına malikdirlər. Sorğulara verilən cavabların daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq istifadəçi geridönüşləri və rəyləri nəzərə alınır.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, növbəti mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “AZCON Holding”in nəzdində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi ilə birgə platformanın istifadəçilərə təqdim etdiyi funksionallıqların genişləndirilməsi, həmçinin mobil tətbiq versiyasının istifadəyə verilməsi nəzərdə tutulur.


    SON XƏBƏRLƏR