• Bakı C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Trampın rüsum siyasəti məqsədlərinə çata bilmir - AÇIQLAMA

İQTİSADİYYAT

17 Noyabr 2025 | 17:15

Trampın rüsum siyasəti məqsədlərinə çata bilmir - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp 2 aprel 2025-ci ildə Birləşmiş Ştatlara idxal olunan mallara ötən əsrin əvvəllərindən bəri görünməmiş gömrük rüsumları tətbiq edib.

Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Həmçinin, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.

Bu siyasət ABŞ və digər ölkələr üçün gözlənilən iqtisadi effekti yaratdı, yoxsa fərqli nəticələr müşahidə olundu?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Trampın tətbiq etdiyi ticarət siyasəti ölkələrin böyük əksəriyyətinə, ümumiyyətlə, qlobal iqtisadiyyata heç yaxşı təsir göstərmədi.

"Onun hakimiyyətinin birinci dönəmində də gözlənti bu idi ki, xarici mallar bahalaşsın, yerli istehsal güclənsin. Ancaq həmin dövrdə də gözlənilənin əksinə, ABŞ-nin istehlakçısı da idxalçısı da bunun əziyyətini gördü. Tədqiqatlar göstərirdi ki, bu faktor ABŞ-nin ÜDM-nə 0,2-0,3 faiz mənfi təsir göstərəcək, 10 minlərlə iş yeri itiriləcək".


Eldəniz Əmirov, iqtisadçı

Ekspert qeyd edir ki, bu dəfə də ticarət balansında müsbət formada kəskin dəyişməsini görmürük. Digər Asiya ölkələri üzərindən - Vyetnam, Tayland, Malaziya, hətta Cənubi Amerika ölkələrindən gələn mallar artır. Beynəlxalq Valyuta Fondunun, Federal Ehtiyat sisteminin də bunun həm ABŞ-nin, həm də Çinin gəlirlərini azaltması barədə tədqiqatları var.

Müsahibimiz qeyd edib ki, tarif siyasəti əgər sadəcə Çinə aid edilsə idi bu, heç olmasa burada qazanan Çinin rəqib ölkələri ola bilərdi. Lakin bu siyasət dünyanın əksər idxalçılarına tətbiq edilir. Həm qiymətləi qaldırır, həm ABŞ-nin gəlirlərinə, inflyasiyasına, birbaşa onun imicinə mənfi təsir göstərir".

E.Əmirovun fikrincə, dəyişən sadəcə ticarət marşrutlarıdır. Əvvəl birbaşa idisə, indi dolayı yolla rüsumun olmadığı ölkələrdən keçirilir.

İqtisadçı deyir ki, iqtisadiyyat canlı orqaniz kimidir. O, həmişə daha münbit bir yer axtarır.

"Məsələn, Rusiyaya qarşı bu qədər sanksiya varkən onu hələ də ayaqda tutan əlbəttə ki, alternativ variantların olması idi.

Trampın rüsum siyasəti siyasi baxımdan müsbət görüntü yaratsa da, iqtisadi baxımdan qarşıya qoyduğu məqsədə çata bilmir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR