• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

AQTA sədri: Sahibkarlara qida təhlükəsizliyi istiqamətində dəstək göstərilir

İQTİSADİYYAT

17 Dekabr 2025 | 10:55

AQTA sədri: Sahibkarlara qida təhlükəsizliyi istiqamətində dəstək göstərilir

Aqrar məhsulların qida təhlükəsizliyi tələbləri müəyyən edilib və bu sahədə sahibkarlara daim dəstək göstərilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar Biznes Festivalları mühüm təcrübə və əməkdaşlıq platformasına çevrilib.

“Bu tədbirlərdə iştirakımızın əsas məqsədi praktik mexanizmlər vasitəsilə qida təhlükəsizliyi sahəsində sahibkarlara dəstək göstərməkdir”, – deyə Qoşqar Təhməzli vurğulayıb.

Sədrin sözlərinə görə, zərurət yarandıqda isə məhsullardan laborator analizlər üçün nümunələr götürülür. Bu yanaşma istehlakçıların etimadının artırılmasına və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Dekabr 2025