Aqrar sahə ölkəmizin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsi əmək qabiliyyətinin və sahibkarlıq potensialının formalaşmasında mühüm rol oynayır. Keçirilən festivallar artıq Azərbaycan sahibkarının brend yaratdığını və güclü iqtisadi subyektə çevrildiyini nümayiş etdirir. Yerli məhsulların qablaşdırılması və bazara çıxarılması isə ildən-ilə artmaqdadır.
Orxan Məmmədov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan sahibkarlarının iş bacarıqlarının artırılması, bilik və səriştələrinin inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
“Əminəm ki, görülən bütün bu işlər ölkədə kənd təsərrüfatı sahəsinin daha da inkişafına mühüm töhfə verəcək”, – deyə o vurğulayıb.
Əli Hüseynov
Bakı 



