• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Aqrar festivallarda satış həcmi 8 milyon manatı ötüb – Anar Cəfərov

İQTİSADİYYAT

17 Dekabr 2025 | 12:24

Aqrar festivallarda satış həcmi 8 milyon manatı ötüb – Anar Cəfərov

Bu il Azərbaycanda aqrar sahə üzrə təşkil olunan festivallarda satış həcmi 8 milyon manatdan çox olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar biznes festivallarına həsr olunmuş yekun tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il bu göstərici 6 milyon manatdan artıq olub. Anar Cəfərov qeyd edib ki, cari ildən etibarən bölgələrdə aqrar sahədə dövlət dəstəyinə həsr olunan panel müzakirələrinin keçirilməsinə başlanılıb:

“İl ərzində ümumilikdə 14 panel müzakirəsi təşkil etmişik. Bu müzakirələrdə müxtəlif dövlət qurumlarının mütəxəssisləri iştirak ediblər”.

Direktor əlavə edib ki, tədbirlər çərçivəsində mövsümə uyğun toxum sərgi-satış yarmarkaları da təşkil olunub:

“Xüsusilə builki yarmarkalar 10 hektardan çox buğda və 100 hektardan artıq arpa əkini aparan fermerlərin üstünlük təşkil etdiyi bölgələrdə keçirilib”, – deyə Anar Cəfərov vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Dekabr 2025