• Bakı 12° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Ermənistan Lebedevin ölkəyə girişinə qadağa QOYDU

DÜNYA

17 Noyabr 2025 | 20:32

Ermənistan Lebedevin ölkəyə girişinə qadağa QOYDU

Ermənistan hakimiyyəti rusiyalı dizayner Artyom Lebedevin ölkəyə girişini qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bir gün əvvəl Ermənistan Parlamentinin spikeri Alen Simonyan rusiyalı dizayneri "təbliğatçı" və "media cırtdanı" adlandırıb və ona Ermənistanın daxili işləri ilə bağlı açıqlamalar verməkdən çəkinməyi məsləhət görüb.

Münaqişə Lebedevin şərhi üzündən başlayıb. Lebedev Ermənistanın baş naziri Nikol Paşinyanı "erməni konyakı"nın başqa cür adlandırılmasını təklif etdiyinə görə tənqid edib.  

"Paşinyan öz fikrini çox ucuza satdı və bütün ömrü boyu istehsal olunan konyak artıq Ermənistanda istehsal olunmur. Erməni konyakı elə bir markadır ki, fransızlar belə öz ölkələrində, "konyak" sözünü istifadə etməyə icazə almalıdırlar. Güclü bir dövlət özünü belə mövqeləndirməlidir", - deyə Lebedev bildirib və əlavə edib ki, əgər o, erməni olsaydı, "fransızlara cəhənnəm olmalarını" deyərdi.

Simonyan Lebedevə cavab olaraq bildirib ki, “burada cəhənnəmə göndərilməli olan yeganə insan onun özü və ölkəmizin işlərinə qarışan qeyri-erməni burnunu soxan hər kəsdir”.


SON XƏBƏRLƏR