Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. 1985-ci il təvəllüdlü, Hindistan vətəndaşı Mansur Xanı avtomobil vurub. Xəsarət alan şəxs dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.
Bakı 



