• Bakı 12° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Ukraynanın alacağı "Rafale" qırıcılarını kim idarə edəcək?

DÜNYA

17 Noyabr 2025 | 21:31

Ukraynanın alacağı Rafale qırıcılarını kim idarə edəcək?

Artıq “Mirage-2000” qırıcılarını idarə edən ukraynalı pilotlar “Rafale” təyyarələrini tez bir zamanda mənimsəyə biləcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.

"Biz yaxşı bilirik ki, artıq “Mirage”də təcrübəsi olan pilotlar “Rafale”ləri idarə etmək üçün bir il təlim keçməyəcəklər, daha tez adaptasiya olacaqlar. Biz bunu artıq müzakirə etmişik", - Zelenski söyləyib.

Qeyd edək ki, Fransa ilə Ukrayna arasında uzunmüddətli əməkdaşlığı müəyyən edən tarixi müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ukrayna Fransadan 100 ədəd “Rafale” qırıcısı alacaq.


SON XƏBƏRLƏR