• Bakı C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Britaniya üç Afrika ölkəsinin vətəndaşlarına vizanı qadağan edə bilər

DÜNYA

17 Noyabr 2025 | 16:18

Britaniya üç Afrika ölkəsinin vətəndaşlarına vizanı qadağan edə bilər

Böyük Britaniya üç Afrika ölkəsinin səlahiyyətli orqanları onların qanunsuz miqrantlarının deportasiyası ilə bağlı əməkdaşlıq etməsələr, onlara viza verilməsini dayandıra bilər.

Bakıvaxtı.az "The Times" nəşrinə istinadən xəbər verir ki, bu ölkələr Anqola, Namibiya və Konqo Demokratik Respublikasıdır. 

Qəzet qeyd edir ki, bu ölkələr Böyük Britaniyaya qeyri-qanuni yollarla gələn təxminən 4000 soydaşını readmissiya etməkdən imtina ediblər. Bu imtina üçün son tarix göstərilməyib. 

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi noyabrın 13-də bu ölkələrin Londondakı səfirliklərinə bir ay ərzində deportasiya ilə bağlı Britaniya hakimiyyət orqanları ilə daha fəal əməkdaşlıq etməsələr, viza məhdudiyyətləri riski barədə xəbərdarlıq edib.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin iyunundan 2025-ci ilin iyununa qədər Böyük Britaniyada rekord sayda, 111 084 nəfər sığınacaq müraciəti edilib. Bu, əvvəlki analoji dövrlə müqayisədə 14% artım deməkdir. Bu göstərici Böyük Britaniyanı Almaniya, İspaniya, Fransa və İtaliyadan sonra Avropada beşinci yeri tutur.

Gülşən Şərif


SON XƏBƏRLƏR