İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə vurğulanıb ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətləri genişlənir. Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir.
Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub.
***
12:47
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikirlərimizi bölüşdük. Birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma sahələrində təşəbbüsləri, əməkdaşlığın şaxələndirilməsi imkanlarını vurğuladıq", - deyə o qeyd edib.
Bakı 




