• Bakı 14° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Ukrayna ordusu Aİ-nin müdafiəsində iştirak edə bilər

DÜNYA

17 Noyabr 2025 | 17:08 | Müəllif: Zeynəb Rzayeva

Ukrayna ordusu Aİ-nin müdafiəsində iştirak edə bilər

Əgər Ukraynada sülh əldə olunarsa, Ukraynadakı döyüş təcrübəsi olan ordunun Aİ-nin şərq sərhədlərinin Rusiyadan müdafiəsində kömək edə biləcəyi nəzərdə tutulur.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının müdafiə komissarı Andrius Kubilius bildirib.

O, Ukraynanın hərbi təcrübəsinin digər müttəfiqlər üçün çox dəyərli olduğunu vurğulayıb. Komissar Ukrayna qüvvələrinin Litvada Almaniya briqadası və ABŞ döyüş batalyonları ilə birgə fəaliyyət göstərə biləcəyini qeyd edib.

A.Kubilis həmçinin bu addımın NATO-nun 5-ci maddəsi, ABŞ və Almaniya hərbi mövcudluğu ilə ziddiyyət yaratmayacağını bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026