• Bakı 12° C

    0.39 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Kobaxidze erməni nazirlə Cənubi Qafqazda sülhü müzakirə edib

SİYASƏT

17 Noyabr 2025 | 14:55

Kobaxidze erməni nazirlə Cənubi Qafqazda sülhü müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın ədliyyə naziri Srbui Qalyanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər Gürcüstanla Ermənistan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər.

Görüşdə iki ölkə arasında müxtəlif ikitərəfli və beynəlxalq formatlarda əməkdaşlıq nəzərdən keçirilib, ədliyyə sahəsində səmərəli tərəfdaşlığa və təcrübə mübadiləsinin vacibliyinə diqqət yetirilib.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının, həmçinin regionun uzunmüddətli və sabit inkişafının vacibliyi vurğulanıb.

Qalyan Gürcüstan-Ermənistan Hüquq Forumu çərçivəsində Tbilisidə səfərdədir.


SON XƏBƏRLƏR