Dekabrın 19-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 12 məsələ daxil edilib.
Gündəlikdə əsas müzakirə mövzularından biri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsidir. Layihə parlamentdə müzakirəyə çıxarılacaq .
Plenar iclasda həmçinin qanunvericilik təşəbbüsləri, dəyişiklik layihələri və digər aktual məsələlərə baxılacaq.
Əli Hüseynov
Bakı 



