Finlandiya Rusiya sərhədindən 100 km aralıda "Northern Strike 225" artilleriya təliminə başlayıb.
Bakıvaxtı.az Finlandiyanın "Yle" telekanalına istinadən xəbər verir ki, təlim Laplandiyanın Rovajarvi poliqonunda keçirilir.
Təlim direktoru polkovnik-leytenant Kimmo Ruotsalaynenin sözlərinə görə, bu manevrlər Şimali Finlandiyada təşkil edilən ən böyük artilleriya və minaatan atış təlimləridir.
Manevrlərdə 2200-dən çox hərbçi iştirak edir.
Bundan əlavə, təlimə 500 texnika cəlb olunub.
Təlimin məqsədi qışın əvvəlində çətin şəraitdə artilleriya imkanlarını məşq etmək, eləcə də müxtəlif səviyyəli hərbi komandanlıqların komandanlıq və nəzarətini sınaqdan keçirməkdir.
"Northern Strike 225" hərbi təlimi noyabrın 25-dək davam edəcək.
Gülşən Şərif
Bakı 



