• Bakı 13° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Bakıda ilk dəfə "China Visitors Summit" keçirilir

CƏMİYYƏT

17 Noyabr 2025 | 11:08

Bakıda ilk dəfə China Visitors Summit keçirilir

Bu gün Bakıda ilk dəfə Çin ilə Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsinə həsr olunan "China Visitors Summit" keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Sammitdə Çinin 50-dən çox turizm şirkəti ilə yanaşı, yerli turizm sənayesinin nümayəndələri də iştirak edirlər.

"China Visitors Summit" Azərbaycan üçün prioritet bazarlardan biri olan Çin istiqamətindən turist axınının artırılmasına xidmət edən mühüm platforma kimi qiymətləndirilir.

Tədbirdə hər iki ölkənin rəsmiləri çıxış edərək turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.


SON XƏBƏRLƏR

16 Noyabr 2025