2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 6 milyon 763.7 min baş təşkil edib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2% və ya 50.5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 3.5% və ya 242 min baş azalıb.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (121 878 baş), Bərdə ( 108031 baş) və Cəlilabad ( 92 499 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 278 178 baş), İmişli ( 252 482 baş), Quba ( 241 574 baş) rayonlarındadır.
Nəzərə alaq ki, bu ilin 9 ayında ölkəyə diri qoyun və keçi idxalı 271 971 baş, diri iribuynuzlu heyvanların idxalı isə 89 610 baş təşkil edib.
Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 492,1 min ton ət istehsal edilib.
Bakı 



