Bakıda jurnalist Nigar Orucova taksi sürücüsünün hücumuna məruz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, "Uber" şirkətindən taksi çağırıb: "Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Amma hələ həyətimizdən çıxmadığımız üçün ödəniş etmədim. Adam dalımca düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyləşib sürdü. Mən də şikayət edə bilməyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim. Bunu görən sürücü yüksək sürətlə maşını arxa-arxaya üstümə sürdü. Zamanında yoldan çıxa bildim".
Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Bakı 



