• Bakı 13° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Çindən Azərbaycana turist axını 50 %-ə yaxın artıb

CƏMİYYƏT

17 Noyabr 2025 | 11:18

Çindən Azərbaycana turist axını 50 %-ə yaxın artıb

Bu ilin yanvar–oktyabr aylarında Çindən Azərbaycana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % artaraq 57 min nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda ilk dəfə keçirilən "China Visitors Summit"də deyib.

Onun sözlərinə görə, bu artım Azərbaycanla Çin arasında formalaşan etimadın və səmərəli əməkdaşlığın nəticəsidir: "Bu, həm də ölkələrimiz arasında artan etimadın və effektiv əməkdaşlığın göstəricisidir".

Agentlik sədri deyib ki, Çində keçirilən beynəlxalq sərgilərdə iştirak, Pekin, Şanxay, Quançjou, Şençjen və digər şəhərlərdə təşkili olunan təqdimatlar, həmçinin onlayn kampaniyalar Azərbaycanın Çin turizm bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.


SON XƏBƏRLƏR

16 Noyabr 2025