• Bakı 11° C

    0.39 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Tamştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır - Nazir

CƏMİYYƏT

17 Noyabr 2025 | 13:28

Tamştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır - Nazir

"Tamştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud statistika müəllimlərin 4–6 saat dərs yükü əsasında aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır:

Nazir qeyd edib ki, tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez həyata keçirilməyəcək.

Əmrullayev hazırda konseptual mərhələdə olduqlarını deyib:

“İşin mahiyyəti saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirməkdir. Məqsədimiz müəllimə məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etdirməkdir”.

O, yaxın həftə ərzində ictimaiyyətə mövu ilə bağlı geniş açıqlama verəcəyini bildirib. Dediyinə görə, yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Müəllim yüksək əməkhaqqı üçün həddən artıq dərs yükü götürməli olmayacaq.


SON XƏBƏRLƏR