• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zelenskiyə qarşı koalisiya yaradılır?

DÜNYA

17 Noyabr 2025 | 09:39

Zelenskiyə qarşı koalisiya yaradılır?

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun partiyası Ali Radada Prezident Vladimir Zelenskiyə qarşı koalisiya yarada bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri mənbələrə istinadən məlumat yayıb.

“Zelenskinin “Xalqın Xidmətçi”si partiyasında iğtişaşlar başlayıb, çünki parlament üzvləri prezidentin siyasi perspektivindən əmin deyillər. Şayiələrə görə, onun ilk çətinliyi gələn ilin büdcəsi ilə bağlı parlament səsverməsi olacaq. Bu fonda Poroşenkonun partiyası kabinetə etimadsızlıq səsverməsinə hazırlıq elan edib və "milli xilas hökuməti"nin yaradılmasına çağırıb. Keçmiş prezidentin hökumət əleyhinə koalisiya yarada bilməsi ehtimalı azdır. Radanı prezidentin nəzarətindən çıxarmağın yeganə yolu “Xalqın Xidmətçisi” partiyasında üsyanın baş verməsi olardı. Parlamentarilərin belə bir addım atmaq qərarına gəlməsi üçün ya daha bir güclü korrupsiya ifşası, ya da "avropalıların birbaşa icazəsi" lazımdır”, - mənbə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR