• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Almaniya gələn il Ukraynaya bu raketləri verəcək

DÜNYA

16 Dekabr 2025 | 23:44

Almaniya gələn il Ukraynaya bu raketləri verəcək

Almaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya yardım üzrə Əlaqə Qrupunun 32-ci iclasının açılışında bildirib.

Nazirin sözlərinə görə, avqust ayında vəd edilən iki “Patriot” hava hücumundan müdafiə sistemi artıq Ukraynaya çatdırılıb. Bu tədarük Norveç tərəfdaşları ilə əməkdaşlıq sayəsində mümkün olub. Bundan əlavə, Almaniya doqquzuncu “IRIS-T” sistemini də Kiyevə təhvil verib.

Boris Pistorius vurğulayıb ki, Berlin Ukraynanın HHM potensialının artırılmasını davam etdirəcək. Onun sözlərinə görə, 2026-cı ildə Almaniya öz ehtiyatlarından xeyli sayda AIM-9 “Sidewinder” raketini Ukraynaya verməyi planlaşdırır. Bu raketlər ölkənin hava məkanının qorunmasını daha da gücləndirmək məqsədi daşıyır.

Almaniya tərəfi qeyd edir ki, bu addımlar Ukraynanın hava hücumlarına qarşı müdafiəsini möhkəmləndirməklə yanaşı, Avropanın ümumi təhlükəsizliyinə də töhfə verir.


SON XƏBƏRLƏR

16 Dekabr 2025