• Bakı 19° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Polşa prezidenti Zelenskini nankorluqda ittiham etdi

DÜNYA

17 Dekabr 2025 | 00:21 | Müəllif: Subhan Mahmudov

Polşa prezidenti Zelenskini nankorluqda ittiham etdi

Polşa Prezidenti Karol Navrotski ölkəsinin göstərdiyi yardıma görə ukraynalı həmkarı Vladimir Zelenskini nankorluqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, Navrotski “Wiadomosci” nəşrinə müsahibəsində bu barədə deyib.

Navrotski bildirib ki, Zelenskinin son bir neçə ildə Polşanın yardımını adi bir şey kimi qəbul etdiyi təəssüratı yaranıb.

"Bizimlə danışıqlara, danışmağa ehtiyac yoxdur, çünki biz artıq iştirak etmişik və hər şeyi vermişik", - deyə o kinayəli şəkildə vurğulayıb.

Polşa lideri həmçinin Varşava ilə Kiyev arasında "tərəfdaşlıq elementi"nin itirildiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026