• Bakı 15° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Britaniya bu ölkələrə viza verilməsini qadağan edə bilər

DÜNYA

17 Noyabr 2025 | 08:42

Britaniya bu ölkələrə viza verilməsini qadağan edə bilər

Böyük Britaniya üç Afrika ölkəsinin səlahiyyətli orqanları qeyri-qanuni miqrantların deportasiyasında əməkdaşlıq etməsələr, onlara viza verilməsini dayandıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times" qəzeti Britaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ölkələr Anqola, Namibiya və Konqo Demokratik Respublikasıdır.

Qəzet yazıb ki, bu ölkələr Böyük Britaniyaya qeyri-qanuni yolla gələn təxminən 4000 soydaşını geri qəbul etməkdən imtina ediblər. Son tarix göstərilməyib.

Məqalədə bildirilib ki, noyabrın 13-də Böyük Britaniya Daxili İşlər Nazirliyi bu ölkələrin Londondakı səfirliklərinə bir ay ərzində deportasiya ilə bağlı Britaniya hakimiyyət orqanları ilə daha fəal əməkdaşlıq etməsələr, viza məhdudiyyətlərinin sərtləşdirilməsi riski barədə xəbərdarlıq edib.


SON XƏBƏRLƏR

16 Noyabr 2025