Avstraliyada yəhudilərə hücum zamanı onları xilas edən Suriya əsilli Əhməd Fateh Əl Əhmədiyə təşəkkür əlaməti olaraq Avstraliya xalqı bir günə 1.9 milyon dollar ianə toplayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunun 130 min dolları ilk saat ərzində yığılıb.
Toplanan vəsait Əhmədin müalicəsinə, eləcə də xəstəxanadan çıxdıqdan sonra övladları üçün daha təhlükəsiz və daha yaxşı bir həyat qurmasına dəstək məqsədi daşıyır. Əhmədinin qatil üzərinə getməsi itkilərin sayını azaldıb. İsrail hökuməti də Əhmədiyə göstərdiyi şücaətə görə xüsusi təşəkkür edib.
Zədəsinə baxmayaraq, Əhməd hərəkətlərindən peşman olmadığını deyir. Avstraliyanın Baş naziri Entoni Albanese xəstəxanada onu ziyarət edərək əl-Əhmədi "bütün avstraliyalılar üçün nümunə" adlandırıb.
Qeyd edək ki, dünən Sidney çimərliyində baş vermiş atışma nəticəsində 16 nəfər ölüb.
Bakı 



