• Bakı 15° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

ABŞ uçan taksinin hərbi variantı sınaqdan keçirdi

DÜNYA

17 Noyabr 2025 | 09:17

ABŞ uçan taksinin hərbi variantı sınaqdan keçirdi

ABŞ-nin "Joby Aviation" şirkəti ilk dəfə olaraq hərbi məqsədlər üçün yenidən hazırlanmış uçan taksinin hibrid versiyasının uçuşunu həyata keçirib.

Bakıvaxtı.az "Gizmodo" portalına istinadən xəbər verir ki, yeni model turbin-elektrik güc qurğusunu və "SuperPilot" avtonom idarəetmə sistemini özündə birləşdirir.

Elektriklə işləyən Adi "Joby" taksilərindən fərqli olaraq, bu versiya daha ağır yüklər və uzunməsafəli uçuşlar üçün nəzərdə tutulub. Müdafiə şirkəti "L3Harris" ilə əməkdaşlıq çərçivəsində taksiyə müxtəlif sensorlar, müşahidə və rabitə sistemləri, eləcə də "hərbi tapşırıqlar üçün digər avadanlıq" quraşdırılacaq.

Şirkət qeyd edir ki, ABŞ ordusunda avtonom və hibrid uçan aparatlara tələbat artır. 2026-cı il büdcəsində yeni hava texnologiyalarının hazırlanmasına təxminən 9 milyard dollar ayrılıb.


SON XƏBƏRLƏR

16 Noyabr 2025