• Bakı 13° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Qlobal rəqəmsal inkişaf üzrə Bakı Bəyannaməsi hazırlanacaq

CƏMİYYƏT

17 Noyabr 2025 | 10:23

Qlobal rəqəmsal inkişaf üzrə Bakı Bəyannaməsi hazırlanacaq

Qlobal rəqəmsal inkişaf üzrə Bakı Bəyannaməsi hazırlanacaq.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimdə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosunun (BDT) direktoru Kosmas Lukison Zavazava deyib.

O, rəqəmsal inqilabın cəmiyyətlərə və iqtisadiyyatlara güclü təsir göstərdiyini vurğulayıb: "Son illər əlaqəlilik sahəsində ciddi irəliləyiş əldə olunub. 2022-ci ildə 2,7 milyard olan oflayn əhali bu gün 2,2 milyarda enib. Lakin rəqəmsal uçurum tam aradan qalxmayıb və artıq yeni mürəkkəb xarakter alıb. Bu uçurum yalnız infrastruktur çatışmazlığından deyil, əlçatanlıq, rəqəmsal bacarıqlar və təhlükəsizlik kimi amillərdən də qaynaqlanır".

O bildirib ki, bəzi ölkələr süni intellekt və 6G kimi texnologiyalarda irəliləyərkən, digərləri hələ də ən əsas internet bağlantısı ilə mübarizə aparır. Bu səbəbdən konfransın əsas məqsədi Bakı Bəyannaməsinin hazırlanmasıdır. Bəyannamə qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi kimi nəzərdə tutulur.

“Dünyanın rəqəmsal gələcəyini formalaşdırmaq üçün birlikdə hərəkət etməliyik,” – deyə elekommunikasiya İnkişaf Bürosunun direktoru çıxışını yekunlaşdırıb.


SON XƏBƏRLƏR

16 Noyabr 2025