• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Mais Bərxudarovun yeni GÖRÜNTÜSÜ – FOTO

CƏMİYYƏT

16 Dekabr 2025 | 21:50

Mais Bərxudarovun yeni GÖRÜNTÜSÜ – FOTO

Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, "Qarabağ" ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.

Bakıvaxtı.az "Yeni Sabah"a istinadən xəbər verir ki, generalla görüşdə iştirak edənlər West Point Hərbi Akademiyasının professoru Con Spenser və onunla birlikdə işləyən başqa bir mütəxəssisdir.

Onlar hər ikisi ehtiyatda olan hərbçidir və 2021-ci ildə Şuşaya səfər ediblər.

Amerikalı ekspertlər bir neçə aydır Azərbaycana mütəmadi olaraq gəlib-gedirlər.

"Onlar 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatları haqqında ingilis dilində kitab yazıblar. Kitab hərbi kolleclər və ingilisdilli Qərb akademiyaları üçün nəzərdə tutulub. Artıq bir neçə aydır ki, kitab üzərində iş gedir. Bu müddət ərzində 5-6 dəfə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Bu səfər isə sonuncu idi", - deyə görüşdə iştirak edən azərbaycanlı hərbi jurnalist Heydər Mirzə "Yeni Sabah"a bildirib.

Görüşdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov da iştirak edib.


SON XƏBƏRLƏR