• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mirzoyan: İranın TRIPP-lə bağlı narahatlıqları aradan qalxıb

SİYASƏT

16 Oktyabr 2026 | 10:53 | Müəllif: Əli Hüseynov

Mirzoyan: İranın TRIPP-lə bağlı narahatlıqları aradan qalxıb

İranın TRIPP layihəsi ilə bağlı narahatlıqları aradan qalxıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, İran tərəfi Ermənistanla müzakirələr zamanı TRIPP marşrutu boyunca ABŞ hərbi qüvvələrinin yerləşdirilib-yerləşdirilməyəcəyini soruşub və bu suala mənfi cavab verilib.

    “İran tərəfi bu prosesin necə inkişaf etdiyindən razıdır, baxmayaraq ki, onların başqa sualları da qalır. Məsələn, İran tərəfi TRIPP boyunca ABŞ-ın hərbi mövcudluğunun olub-olmayacağını soruşur. Belə bir mövcudluq olmayacaq. Sənədlər bunu təsdiqləyir və reallıq da bunu göstərir”, – Mirzoyan deyib.

    Ermənistan XİN rəhbəri qeyd edib ki, İran tərəfinin TRIPP-lə bağlı suallarına cavablar verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026