• Bakı 19° C

    2.55 m/s

Sərhəd pozucuları saxlanıldı

CƏMİYYƏT

16 Oktyabr 2026 | 12:31 | Müəllif: Əli Hüseynov

Sərhəd pozucuları saxlanıldı

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR