• Bakı 23° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ

DÜNYA

16 Oktyabr 2026 | 09:17 | Müəllif: Əli Hüseynov

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ

Rusiyanın Kamçatka bölgəsinin cənub sahillərində 6.9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidməti məlumat yayıb. Yeraltı təkanlar dünən yerli vaxtla saat 15:35-də (Bakı vaxtı ilə bu gün 07:35-də) qeydə alınıb.

Zəlzələnin episentri quruda, Petropavlovsk-Kamçatskdan 156 km cənub-qərb istiqamətində yerləşib. Təbii fəlakətin ocağı isə 138 km dərinlikdə olub.

İnstrumental göstəricilərə əsasən, bu zəlzələ Petropavlovsk-Kamçatsk ərazisində beş bala qədər güclə hiss edilib.

İtki və dağıntı barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026