• Bakı 15° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Şəkidə 85 yaşlı kişi yanaraq ölüb

HADİSƏ

17 Noyabr 2025 | 08:57

Şəkidə 85 yaşlı kişi yanaraq ölüb

Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, gecə saat 2 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub.

Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Noyabr 2025