• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Müştərinin “İphone-17”-ni oğurladı - Polis saxladı

HADİSƏ

16 Dekabr 2025 | 13:35

Müştərinin “İphone-17”-ni oğurladı - Polis saxladı

Bakıda müştərinin “İphone-17”-ni oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, paytaxtın Səbail rayonunda bir nəfərə məxsus skuter, digər vətəndaşın isə 3800 manat dəyərində “İphone-17” markalı mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Acalov və T.Kərimli müəyyən edilərək saxlanılıblar.

Nəsimi rayonunda isə evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Vahabov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun başqa bir nəfərə məxsus avtomobildən akkumulyator və təmir alətləri talaması da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR