• Bakı 30° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTO

HADİSƏ

16 Dekabr 2025 | 17:45

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTO

Naxçıvan şəhərində külli miqdarda narkotik vasitə məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, məhv edilmə prosesi Naxçıvan Muxtar Respublikasının (MR) ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının sədri Vüqar Hüseynov, komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Naxçıvan şəhərindəki xüsusi məkanda 2024-2025-ci illərdə müsadirə edilmiş ümumi çəkisi 155 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də 30 minə yaxın güclü təsirə malik tramadol məhv edilib.


Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTONaxçıvanda külli miqdarda narkotik vasitə məhv edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026