• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Motosiklet yol kənarında dayanmış avtomobilə çırpıldı - Xəsarət alan var

HADİSƏ

16 Dekabr 2025 | 20:03

Motosiklet yol kənarında dayanmış avtomobilə çırpıldı - Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nizami küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü Rəşad Abdullayev motosikleti ilə yol kənarında dayanmış “Hyundai” markalı minik maşınına çırpılıb.

Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”


SON XƏBƏRLƏR