• Bakı 15° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Sudandan Aİ-yə ÇAĞIRIŞ: BƏƏ-yə silah satışınıdayandırın

DÜNYA

17 Noyabr 2025 | 09:58

Sudandan Aİ-yə ÇAĞIRIŞ: BƏƏ-yə silah satışını dayandırın

Sudanın Avropa İttifaqındakı (Aİ) səfiri Abdelbagi Kabir Avropa ölkələrini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını dayandırmağa çağırıb.

Bakıvaxtı.az-ın "Politico"ya istinadla verdiyi məlumata görə, çağırışda bildirilir ki, Avropada istehsal olunan silahlar BƏƏ vasitəsilə Sudandakı vətəndaş müharibəsində istifadə olunur və ağır insan haqları pozuntularına səbəb olur. Səfir iddia edir ki, BƏƏ Sudandakı Çevik Dəstək Qüvvələri (RSF) adlı silahlı qruplaşmanı silahlandırır. Bu qruplaşma etnik qırğın, kütləvi zorakılıq və seksual hücumlarda ittiham olunur. BƏƏ isə bütün iddiaları rədd edir.

Qeyd dək ki, BMT ekspertləri və media araşdırmaları Bolqarıstan və Britaniya istehsalı silahların BƏƏ-yə satıldıqdan sonra RSF-in əlində göründüyünü üzə çıxarıb.

Həmçinin "Amnesty International" da öz yazılarında BƏƏ istehsalı zirehli maşınlarda Fransa hərbi sistemlərinin istifadə olunduğunu bildirib.

Aİ bildirir ki, üzv ölkələr silah satışını insan haqları və münaqişə riski baxımından qiymətləndirməlidir. Sudana tətbiq olunan silah embarqosu qüvvədədir və RSF ilə ordu komandanlarına qarşı sanksiyalar davam edir.

Sudan hökuməti BƏƏ-yə silah satışının dayandırılmasını, Sudan ordusuna tətbiq olunan sanksiyaların ləğvini və humanitar yardımın artırılmasını tələb edir. Ölkədə 25 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

16 Noyabr 2025