• Bakı C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Kanada Çinlə münasibətləri yaxşılaşdırmağa çalışır

DÜNYA

17 Dekabr 2025 | 09:56

Kanada Çinlə münasibətləri yaxşılaşdırmağa çalışır

"Kanada hökuməti ABŞ ilə ticarət müharibəsi fonunda Çinə enerji resursları və vacib minerallar ixrac etməkdə maraqlı olduğu üçün Çinlə münasibətləri tez bir zamanda yaxşılaşdırmağa çalışır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti məlumat yayıb.

Qəzet Kanadanın xarici işlər naziri Anita Ananda istinadən bildirib ki, Ottava "mayeləşdirilmiş təbii qaz və təmiz enerji də daxil olmaqla, enerji ehtiyatları və vacib mineralları Çinə ixrac etməkdə maraqlıdır".

Qəzetin mənbələri qeyd edir ki, Kanada nümayəndə heyəti bu həftə Baş nazir Mark Karninin 2026-cı ildə Çinə səfərinə hazırlıq görmək üçün Pekindədir. Bu səfər Baş nazirin Çin prezidenti Si Cinpinlə son APEC sammitində uğurlu görüşündən sonra baş tuta bilər. Belə bir səfər bu ilin əvvəlinə planlaşdırılır.

"The Globe and Mail" qəzeti qeyd edir ki, Karni ABŞ prezidenti Donald Trampın Kanadaya qarşı ticarət müharibəsi fonunda Pekinlə münasibətləri yaxşılaşdırmağa çalışır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Dekabr 2025