Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Huker ilə görüşüb.
Bakıvaxtı.az Ermənistan XİN-ə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar.
Ararat Mirzoyan ABŞ-ın davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib.
Bakı 



