• Bakı 14° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgəsində minaya düşdü

HADİSƏ

17 Noyabr 2025 | 13:10

ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgəsində minaya düşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də minaya düşüb.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.


SON XƏBƏRLƏR