• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Keçmiş arvadını döydü - Cinayət işi başladı

HADİSƏ

17 Dekabr 2025 | 11:28

Keçmiş arvadını döydü - Cinayət işi başladı

Ağdam rayonunda 34 yaşlı kişi boşandığı qadını döyüb.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Əfətli kəndində baş verib.

Kənd sakini Cavid Ağarəhimov (soyad şərtidir) 2016-cı ildə ailə həyatı qurub. O, 2020-ci ildə həyat yoldaşından rəsmi boşansa da, bir evdə yaşamaq qərarı veriblər.

Bir müddət əvvəl Cavid kənd ərazisində olarkən keçmiş həyat yoldaşı ona zəng edərək evə çağırıb və toyuqları yemləməsini istəyib. Nəticədə Cavidlə keçmiş həyat yoldaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Cavid qadına şillə zərbələri endirərək onu yerə yıxıb bıçaqlamaq istəyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Cavid saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Ağdam Rayon Məhkəməsinin hökmü ilə C.Ağarəhimov qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.


SON XƏBƏRLƏR

16 Dekabr 2025