• Bakı 12° C

    0.39 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Azərbaycan-Mərkəzi Asiya münasibətləri: Vahid siyasi əməkdaşlıq məkanı formalaşır

SİYASƏT

17 Noyabr 2025 | 14:10

Azərbaycan-Mərkəzi Asiya münasibətləri: Vahid siyasi əməkdaşlıq məkanı formalaşır

 “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı çoxşaxəli xarakter daşıyır.

Deputat bildirib ki, Azərbaycanı Orta Asiya dövlətləri, xalqları ilə ortaq dəyərlər birləşdirir:

“Son dönəmlərdə siyasi-iqtisadi əlaqələrlə yanaşı, humanitar münasibətlər, mədəniyyət, təhsil və digər sektorlarda da əlaqələrimiz dərinləşməkdədir. Enerji, nəqliyyat sahəsində münasibətlər genişlənir. Qarşılıqlı investisiyalar nəticəsində sənayenin bir neçə istiqamətlərində əməkdaşlıq daha da genişləndirilir. Yəni Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, vahid siyasi əməkdaşlıq məkanı formalaşdırır”.

Asim Mollazadə: Bu platforma bütün Avrasiya məkanı üçün yeni strateji imkanlar açır

Mollazadə Azərbaycanla Orta Asiya ölkələri arasında əməkdaşlığın sistemli şəkildə böyüdüyünü vurğulayıb. Dediyinə görə, eyni zamanda regionda marağı olan digər ölkələr də bu əməkdaşlığa dəvət olunur və bu platforma bütün Avrasiya məkanı üçün yeni strateji imkanlar açır:

“Prosesdə ABŞ, Avropa ölkələri, o cümlədən Çin də bilavasitə iştirak edəcək. Xüsusilə nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, yeni iqtisadi marşrutların formalaşdırılması baxımından bu inteqrasiya bölgənin inkişafına mühüm töhfə verəcək. Azərbaycan bundan sonra da proseslərin mərkəzində olacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Daşkəndə səfəri və noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı bu tarixi prosesin mühüm mərhələsidir. Həmin iclasda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qərarın imzalanması ölkəmizin regionla inteqrasiyasının siyasi təsdiqi oldu. Bu addım göstərir ki, Mərkəzi Asiya artıq yalnız beş dövlətdən ibarət coğrafi məkan deyil, Azərbaycan bu ailənin tamhüquqlu üzvüdür və əməkdaşlıq platformasının aktiv iştirakçısına çevrilib.

Aydın Baxış


SON XƏBƏRLƏR