• Bakı 14° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Tramp və Salman hərbi əməkdaşlıq və süni intellekt məsələlərini müzakirə edəcək

DÜNYA

17 Noyabr 2025 | 11:57

Tramp və Salman hərbi əməkdaşlıq və süni intellekt məsələlərini müzakirə edəcək

Səudiyyə Ərəbistanın vəliəhdi Muhammed bin Salman müdafiə, süni intellekt və nüvə enerjisi məsələlərini müzakirə etmək üçün ABŞ-a səfər edir.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdinin noyabrın 18-də ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə aparacağı danışıqlar neft və təhlükəsizlik sahəsində onilliklər boyu davam edən əməkdaşlığı dərinləşdirməklə yanaşı, ticarət, texnologiya və nüvə enerjisi sahələrində əlaqələri əhatə edəcək. Vaşinqton görüşündə dünyanın ən böyük iqtisadiyyatı və ən böyük neft istehsalçısı əməkdaşlığın daha da inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparacaq.

Donald Tramp bu ilin mayında Krallığa səfəri zamanı Səudiyyə Ərəbistanının ona verdiyi 600 milyard dollarlıq investisiya vədindən yararlanmağa çalışır. Səudiyyə Ərəbistanının lideri isə regional təlatümlər fonunda təhlükəsizlik zəmanətləri axtarır, habelə süni intellekt texnologiyasına çıxış və mülki nüvə proqramı ilə bağlı razılaşmanı yekunlaşdırmaq istəyir.

ABŞ və Səudiyyə Ərəbistanı uzun müddətdir ki, Krallığın nefti əlverişli qiymətlərlə satması, supergücün isə bunun müqabilində təhlükəsizlik zəmanəti verməsi barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı son danışıqlarda ABŞ Konqresi tərəfindən təsdiqlənmiş müdafiə paktı əldə etməyə çalışıb. Lakin Vaşinqton bu məsələdə Krallığın İsrail ilə münasibətlərinin normallaşması şərtini irəli sürür. Birləşmiş Ştatların Yaxın Şərq Siyasəti İnstitutunun eksperti, Demokratlar və Respublikaçılar administrasiyaların Yaxın Şərq üzrə sabiq müzakirəçisi Dennis Ross bu məsələdə mühüm irəliləyiş olacağı qənaətindədir.

Ər-Riyad, həmçinin iqtisadiyyatını şaxələndirmək və regional rəqiblərinə nisbətən mövqeyini gücləndirmək üçün iddialı “Vizyon 2030” planı çərçivəsində nüvə enerjisi və süni intellekt sahəsində müqavilələr bağlamaq niyyətindədir. Qabaqcıl kompüter çiplərinin əldə edilməsi üçün razılığın alınması Krallığın qlobal süni intellektdə mərkəzi qovşaq olmaq və iyun ayında yüksəksəviyyəli texnologiyalara çıxış imkanı verən ABŞ-ın milyardlarla dollarlıq data mərkəzi müqaviləsini imzalayan Birləşmiş Ərəb Əmirlikləri ilə rəqabət aparmaq planları üçün çox vacib amildir.

Vəliəhd şahzadənin səfər zamanı Səudiyyə Ərəbistanının mülki nüvə proqramının inkişafı ilə bağlı Vaşinqtonla razılaşma əldə edəcəyi də gözlənilir.


SON XƏBƏRLƏR

16 Noyabr 2025