Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 hərbi təyyarəsinin "qara qutu"sunun təhlili bu həftə tamamlanacaq.
Bakıvaxtı.az-ın "Hurriyet"ə istinadən məlumatına görə, bunu hökumət dairələrinə yaxın jurnalist Abdülkadir Selvi bildirib.
"Qara qutuda qeydə alınan 180 parametr araşdırma üçün təhlil edilir. Təhlilin həftənin sonuna qədər tamamlanması gözlənilir", - o qeyd edib.
Onun sözlərinə görə, qəza yerindən əldə edilən ilkin məlumatlar xarici müdaxilənin son dərəcə aşağı ehtimal olduğunu göstərir: "Lakin, hər hansı digər versiya kimi bu versiya da nəzərdən keçirilir".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.
Bakı 



