• Bakı 17° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Çilidə prezident seçkiləri baş tutub

DÜNYA

17 Noyabr 2025 | 08:49

Çilidə prezident seçkiləri baş tutub

Çilidə prezident seçkiləri üçün səsvermə başlayıb.

Bakıvaxtı.az-ın xarici mənbələrə istinadla məlumatına görə, 15 milyondan çox seçici ölkənin növbəti 4 ilini idarə edəcək şəxsi müəyyənləşdirmək üçün sandıq başına gedib.

Bildirək ki, ilk dəfə məcburi qaydada keçirilən səsvermə yerli vaxtla 08:00-da başlayıb.

Məlumata görə, seçkilərdə prezident və vitse-prezidentlə yanaşı, Nümayəndələr Palatasının 155, Senatın isə 25 üzvü müəyyən ediləcək.

Rəy sorğularına görə, namizədlərin heç birinin ilk turda 50 faizdən çox səs toplaması ehtimal olunmur.

Əli Hüseynov


SON XƏBƏRLƏR