• Bakı 18° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Ərdoğan: NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir

DÜNYA

13 May 2025 | 18:33

Ərdoğan: NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir

Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün səylərini gücləndirib.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüşündə deyib.

Onlar ikitərəfli münasibətlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

Ərdoğan Türkiyənin alyansa önəm verdiyini diqqətə çatdırıb.

O, həmçinin Ankaranın müttəfiqlərindən terrorizmlə mübarizə istiqamətində dəstək gözlədiyini vurğulayıb:

“Türkiyə NATO-nun güclü olması üçün əlindən gələni etməyə davam edəcək. NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir. Razılaşma ilə bağlı fürsət qiymətləndirilməlidir”.

Məlumata görə, tərəflərin görüşündə Türkiyənin xarici işlər naziri Halkan Fidan, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə müşavifi Akif Çağatay Kılıç da iştirak ediblər.


SON XƏBƏRLƏR