• Bakı 21° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

CAR-da ölənlərin sayı artdı

DÜNYA

12 Iyun 2025 | 18:21

CAR-da ölənlərin sayı artdı

Cənubi Afrikada Respublikasında (CAR) son üç gündə qar, leysan və daşqınlarla müşayiət olunan sərt hava şəraiti nəticəsində azı 57 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin əksəriyyəti Şərqi Keyp əyalətindəndir.

Təcili xidmət nümayəndələrinin sözlərinə əsasən, təbii fəlakət nəticəsində itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı istisna olunmur.

Regionda tüğyan edən qasırğa nəticəsində Şərqi Keyp və Kvazulu-Natal əyalətlərində minlərlə ailə evsiz qalıb, 150-dən çox məktəbə ziyan dəyib.

CAR Prezidenti Siril Ramaposa cümə günü təbii fəlakətdən zərər çəkən bölgələrə səfər edəcək.

Qeyd edək ki, həftənin əvvəlində Cənubi Afrika Respublikası soyuq hava kütlələrinin təsirinə məruz qalıb. Gecə saatlarında bəzi rayonlarda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. Sinoptiklər bu il ölkədə son dövrlərin ən sərt qışının keçəcəyi barədə xəbərdarlıq edirlər.


SON XƏBƏRLƏR