• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub

SİYASƏT

13 May 2025 | 16:30

Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Əhliman Əmiraslanov qonaqları salamlayaraq bildirib ki, ölkə başçılarımız Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və şəxsi dostluq münasibətləri sayəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir və möhkəmlənir. O, diqqətə çatdırıb ki, hazırda Türkiyə öz tarixinin gözəl bir dövrünü yaşayır. PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, Türkiyənin dünya siyasətində artan nüfuzu mühüm uğurlardır və Türkiyənin uğurları Azərbaycanı da sevindirir.

    Əhliman Əmiraslanov türk dövlətlərinin qarşılıqlı əməkdaşlığından danışaraq, bu baxımdan Milli Məclisdə yeni yaradılmış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayıb.


    Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olubMilli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Sentyabr 2026