• Bakı 20° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

PKK-nın özünü buraxması tarixi hadisədir - AÇIQLAMA

SİYASƏT

13 May 2025 | 14:48

PKK-nın özünü buraxması tarixi hadisədir - AÇIQLAMA

“Bu hadisə ilə bağlı bütün pessimist və şübhəli fikirlərə rəğmən PKK-nın özünü buraxması tarixi hadisədir”.

Bunu siyasi şərhçi Həsrət Rüstəmov PKK-nın özünü buraxmasını Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, yarım əsrə bərabər bir vaxtda Türkiyə və ətrafında gərginlik yaradan, regiona xarici güclərin asan müdaxiləsinə yol açan, yüzlərlə dinc insanın və əsgərin qanının axıdılmasına səbəb olan bir təşkilatın sonda təslim olaraq özünü buraxması əlbəttə ki, müsbət hadisədir:

"Əlbəttə ki, bu prosesin uğurla aparılmasına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, hakimiyyət və MHP başqanı Dövlət Baxçalının mühüm rolu var. Bu hadisə həm də qardaş ölkənin hərbi siyasi baxımdan gücləndiyini, beynəlxalq nüfuzunun yüksəldiyini təsdiq edir”.

Həsrət Rüstəmov, siyasi şərhçi

PKK-nın arxasındakı güclərə gəldikdə isə, H.Rüstəmov qeyd edib ki, onlar yəqin digər yollarla fəaliyyətlərini davam etdirməyə çalışacaqlar:

“Amma görünən odur ki, Türkiyə ilə gizli-açıq mübarizə etmək əvəzinə əməkdaşlıq etməyin daha faydalı olmasını onlar da dərk etməyə başlayıblar".

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi və milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib.

Dövlətimizin başçısı xüsusən PKK terror təşkilatının ləğvi məsələsinə toxunub, bunun Ərdoğanın siyasi iradəsinin nəticəsi olduğunu qeyd edib. Prezident onu da vurğulayıb ki, PKK-nın ləğvi sadəcə Türkiyə üçün yox, bölgə və dünyanın əmin-amanlığı üçün önəmlidir.

Aydın Baxış


SON XƏBƏRLƏR

17 May 2025