• Bakı 27° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

İlham Əliyevdən filippinli həmkarına təbrik 

SİYASƏT

12 Iyun 2025 | 11:04

İlham Əliyevdən filippinli həmkarına təbrik 

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosu Müstəqillik Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram".


SON XƏBƏRLƏR

19 Iyun 2025